Noyabr ayında fiziki şəxslərin əmanətləri (müddətli və tələbli) 129.6 milyon manat azalıb. Azalma dollar əmanətlərinin geriləməsi ilə bağlıdır.
Eləcə də bax: Milli Ödəniş Sistemi ilə edilən ödənişlərin – SAYI ARTIB
FED.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin Oktyabr ayının sonunda sonunda 8 milyard 811 milyon 100 min manat təşkil etmiş əmanətlər Noyabr ayının sonunda 8 milyard 681 milyon 500 min manata düşüb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında milli valyutadıkı cəmi əmanətlər 61 milyon 700 min manat artaraq 3 milyard 988 milyon 400 min manata yüksəlib. Xarici valyutadakı cəmi əmanətlər isə 191 milyon 300 min manat azalaraq 4 milyard 693 milyon 100 min manata geriləyib.
Noyabr ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 45,9%-i milli valyutada, 54,1%-i xarici valyutada olub. Oktyabr ayının sonunda bu nisbətlər müvafiq olaraq 44,6% və 55,4% idi.
O cümlədən cari hesablar (tələbli əmanətlər) 167 milyon 800 min manat azalaraq 3 milyard 109 milyon 200 min manata geriləyib. Milli valyutada cari hesablar 60 milyon 500 min manat artaraq 1 milyard 511 milyon 500 min manata yüksəlib, xarici valyutada cari hesablar isə 228 milyon 300 min manat azalaraq 1 milyard 597 milyon 600 min manata düşüb.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında cəmi müddətli əmanətlər 38.2 milyon manat artaraq 5 milyard 572 milyon 300 min manata, o cümlədən, müddətli Manat əmanətləri 1 milyon 200 min manat artaraq 2 milyard 476 milyon 900 min manata, müddətli xarici valyutadakı əmanətlər isə 37 milyon manat artaraq 3 milyard 95 milyon 400 min manata yüksəlib.
Marja