FED.az xəbəer verir ki, "Xalq Bank" Biznesin İnkişafı İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Eləcə də bax:"XalqBank" işçi axtarır - VAKANSİYA
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi və ya beynəlxalq iqtisadi əlaqələr üzrə ali magistr təhsili;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq qabiliyyəti, güclü kommunikasiya qabiliyyəti;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Sürətli pul köçürmə sistemləri və maliyyə təşkilatları ilə iş üzrə 1 il təcrübə arzu olunandır;
• Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Planlaşdırma və təhlil bacarığı, xarici bazarlar üzrə araşdırmalar aparmaq qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
• Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
• Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
• Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək ;
• Yerli və xarici sürətli pul köçürmə sistemləri və yerli ödəniş sistemləri ilə əlaqələrin qurulması, gündəlik olaraq sürətli pul köçürmələri və ödənişlər üzrə yaranan problemlərin aradan qaldırılması, Bankın filiallarından daxil olan sorğuların cavablandırıması;
• Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, sürətli pul köçürmə sistemlərinin tədbirlərində Bankın təmsil olunması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34