FED.az xəbər verir ki, "XalqBank" Bankın İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin arxivçisi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
• Kompüter bilikləri;
• Ofis ləvazimatları (printer, skaner, faks) ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Sənədlərin arxivə qəbul edilməsi;
• Sənədlərin arxivə verilməli olan formaya uyğunluğunun yoxlanılması;
• Arxivə qəbul edilən sənədlərin qruplaşdırılması və sistemləşdirilmiş formada saxlanılmasının təşkili;
• Mövcud qanunvericiliyə və bankdaxili qaydalara əsasən bankın arxiv işlərinin aparılması, arxiv materiallarının uçotu, saxlanılması, silinməsi, bərpası ilə bağlı işlərin həyata keçirilməsinin təşkili.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34