Azərbaycanın aparıcı banklarından olan «Xalq Bank» ASC ilə bağlı risklər açıqlanıb.
FED.az xəbər verir ki, ötən ilin sonunda Moody`s beynəlxalq reytinq agentliyi bankın vəziyyəti ilə bağlı yeni hesabatını açıqlayıb.
Eləcə də bax: "Xalq Bank" bir sıra göstəricilər üzrə - GERİLƏDİ - HESABAT
Bankdan FED.az-a verilən məlumata görə, «Moody`s»un 27 dekabr 2020-ci il tarixdə açıqladığı rəydə «Xalq Bank»ın cari reytinqləri yenidən təsdiqlənib.
Xatırladaq ki, bankın hazırki reytinqi - B2, Not Prime, neqativ, B1(cr)/Not Prime(cr) səviyyəsindədir.
Göründüyü kimi, bankın reytinqi üzrə pronoz «neqativdir». Agentliyin son 3 qiymətləndirməsini nəzərə alanda pronozun getdikcə pisləşdiyini izləmək mümkündür.
Belə ki, 2018-ci ildə aparılan qiymətləndirmədə proqnoz «pozitiv», 2019-cu ildə «sabit», 2020-ci ildə isə «neqativ» olub.
Bundan başqa, bankın uzunmüddətli və qısamüddətli öhdəliklər üzrə reytinqi B1 və B2 səviyyəsində təsdiqlənib. V – yüksək defolt ehtimallı səviyyə deməkdir.
Bankdan FED.az-a bildirilib ki, Moody`s hesabat dövrü ərzində bankda əsas risk amili olaraq qlobal pandemiyanın bazarda yaratdığı məhdudiyyətləri və təzyiqləri göstərib.
Moody`s ekspertləri rəydə Bankın kapitallaşma səviyyəsinin sabit olduğunu vurğulayıb. «Agentlik Bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalının, eləcə də məcmu kapitalının əmsalının tənzimlənmə orqanın sistem əhəmiyyətli banklar üçün müəyyən etdiyi normativ tələblərdən xeyli yüksək olduğunu qeyd edib»-deyə «Xalq Bank»dan bildirilib».
«Moody`s» Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyətini, eləcə də sistem əhəmiyyətini nəzərə alaraq, Bankın yaxın 12-18 ay ərzində reytinq üzrə proqnozunu yaxşılaşdıracağını da istisna etmir.