“Xalq” Bank 2020-ci ili II rübü üzrə maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.
Eləcə də bax: "Bank of Baku"nun vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, bank II rübdə faiz gəlirləri 53 milyon 803 min manat (1% və ya 567 min manat azalma), faiz xərcləri 9 milyon 736 min manat (3,9% və ya 368 min manat artım) olub.
“Xalq” Bankın II rübdə xalis faiz gəliri 40 milyon 791 min manat (6,5% və ya 2,5 milyon manat artım) olub.
Bankın 2020-ci ilin ilk 6 ayında qeyri-faiz gəlirləri 15 milyon 210 min manat (70,1% və ya 6,3 milyon manat artım), qeyri-faiz xərcləri 24 milyon 865 min manat (5,1% və ya 1,2 milyon manat artım) olub.
Bank bu yarım il ərzində 31 milyon 135 min manat əməliyyat mənfəti əldə edib. Bankın əməliyyat mənfəəti 31,9% və ya 7,5 milyon manat artıb. Qeyd edək ki, bankın ötən ilin yarımilində əməliyyat mənfəəti 23 milyon 604 min manat olmuşdu.
Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 10 milyon manat ayırıb.
Nəhayət, “Xalq” Bank 2020-ci ili II rübünü 4 milyon manat mənfəət vergisi ödədikdən sonra 17 milyon 179 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəət 9,7% və ya 1,5 milyon manat artıb. Xatırladaq ki, 2019-cu ilin II rübündə bank 15 milyon 664 min manat mənfəət əldə etmişdi.
Bankın aktivləri azalıb, kredit portfeli kiçilib
İlk yarım il ərzində bankın aktivləri 289,5 milyon manat və ya 11,8% azalaraq 2 458 468 min manatdan 2 168 972 min manata enib.
Hesabat dövründə «Xalqbank»ın kredit portfeli 265,6 milyon manat və ya 14,8 milyon manata kiçilərək 1,8 milyard manatdan, 1 milyard 533,9 milyon manata enib. Problem ondadır ki, bu kreditlərin 1 milyard 059 milyon manatı və ya 69%-i xarici valyutadadır.
Qiymətli kağızlaara investisiyalar artıb
İlk yarım ildə «Xalq bank» başqa banklardakı 114 milyon manatlıq depozitlərini 21,5 milyona endirib. Banklardan çəkilən 92 milyon manat vəsaitin 30 milyon manatı qiymətli kağızlara yatırılıbğ. Nəticədə bankın qiymətli kağızlara yatırımları 109 milyon manatdan 139 milyon manata yüksəlib.
Depozit portfeli azalıb, kapitalı artıb
2020-ci ilin ilk yarısında «Xalq Bank»ın öhəlikləri də kəskin azalaraq 2 038,7 milyon manatdan 1 740 milyon manata düşüb – azalma 298,7 milyon manat. Öhdəlklərin azalmasının böyük hissəsi depozit portfelinin azalması ilə bağlıdır- yarım ildə depozitər 284 milyon manatadək aşağı düşüb. Bu dəyişikliyin müsbət tərəfi ondadır ki, «Xalq bank»ın depozitləriinin dollarlaşma səviyyəsi 79,5%-dən 77%-ə enib.
Əvəzində ilk yarım ildə bankın cəmi kapitalı 9,2 milyon manat artaraq 429 milyon manata yüksəlib.