“Bank of Baku” 2020-ci ili II rübü üzrə maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.
Eləcə də bax: “Unibank” Biznes kreditlərini artırıb - Mənfəət Açıqlayıb - HESABAT
FED.az xəbər verir ki, bank II rübdə faiz gəlirləri 26 milyon 739 min manat (28,2% və ya 5,9 milyon manat artım), faiz xərcləri 6 milyon 296 min manat (1,9% və ya 115 min manat artım) olub.
“Bank of Baku”nun faiz gəlirləri əsasən müştərilərə verilmiş kreditlərin və ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri əsasında artıb. Bankın kreditlərdən qazandığı faiz gəlirləri 24 milyon 947 min manat (23,3% və ya 4,7 milyon manat artım), qiymətli kağızlardan qazandığı faiz gəlirləri 947 min manat (4,8 dəfə və ya 751 min manat artım) olub.
Bankın II rübdə xalis faiz gəliri 20 milyon 444 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 764 min manat və ya 39,3% çoxdur.
Bankın 2020-ci ilin ilk 6 ayında qeyri-faiz gəlirləri 5 milyon 489 min manat (48,5% və ya 1,8 milyon manat artım), qeyri-faiz xərcləri 18 milyon 521 min manat (28,2% və ya 4,1 milyon manat artım) olub.
Nəhayət, “Bank of Baku” 2020-ci ili II rübünü 1 milyon 903 min manat mənfəət vergisi ödədikdən sonra 5 milyon 405 min manat xalis mənfəət ilə başa vurub.