FED.az Azərbaycanın ən böyük banklarından olan «Xalq Bank»ın gəlir mənbələrini təqdim edir.
«Ziraat Bank Azərbaycan» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Xalq Bank»ın ümumi gəlirləri 60 milyon 573 min manat təşkil edib.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 44,7 milyon manatı və ya 74%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 5,6 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 9%-i deməkdir. Qeyd edək ki, bankın miqyaslarını – aktivlərin və kredit portfelinin həcmini nəzərə aldıqda, komissiya gəlirləri həm məbləğcə, həm də ümumi gəlirlərdəki payı baxımından nisbətən azdır.
Daha 2,7 milyon manat isə «Xalq Bank»ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 4%-i.
İlk yarım ildə «Xalq Bank» qiymətli kağızlara yatırımlardan 3,8 milyon manat gəlir götürüb. Ümumi gəlirlərin təqribən 6%-i fond bazarından gəlir.
Daha 1 milyon manat isə «Xalq Bank»ın başqa banklara verdiyi kreditlərdən daxil olub.
Ümumiyətlə, «Xalq Bank» klassik bank biznesinə üstünlük verən baklardan sayılır – onun gəlirlərinin 84%-i faiz, 16%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
44 748 |
74% |
QK-a investisiyadan gəlir |
3 865 |
6% |
Digər banklara depozitlərdən gəlirlər |
153 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
1009 |
2% |
Komissiya haqları |
5 649 |
9% |
Valyuta əməliyyatlarından gəlirlər |
2708 |
4% |
Digər faiz gəlirləri |
1 264 |
2% |
Digər qeyri-faiz gəlirləri |
1 142 |
2% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
60 573 |
100% |