Rusiya bankı VTB fiziki və hüquqi şəxslər üçün bank rekvizitlərindən istifadə etməklə İrana pul köçürmələri xidmətini işə salıb.
Rusiya dollar və avrodan imtina edir – MƏŞHUR BANKİR BAKIDA AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə kredit təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Biz İrana beynəlxalq pul köçürmələrini həyata keçirən ilk bank olduq və işgüzar əlaqələrin güclənməsini, iqtisadi əməkdaşlığın artımını və turizmin inkişafını nəzərə alaraq, bu xidmətə tələbatın olacağını gözləyirik", - Bankdan bildirilib.
Qeyd edilib ki, yeni xidmət bir gün ərzində fiziki və hüquqi şəxslərə bank rekvizitləri vasitəsilə İrana pul göndərməyə imkan verəcək.
Bu gün VTB müştəriləri Asiyanın Rusiya ilə 10 qonşu ölkəsinə və regionlarına onlayn şəkildə vəsait köçürə bilərlər. (Marja)