VTB (Azərbaycan) birinci rübü 3 milyon manata yaxın xalis mənfəətlə başa vurub.
VTB (Azərbaycan) nağd kredit üzrə faiz dərəcələrini - 3%-DƏN ÇOX AŞAĞI SALDI
FED.az xəbər verir ki, bank VTB ASC (Azərbaycan) 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabata əsasən, 31 mart 2023-cü il tarixinə bankın aktivləri ilin əvvəlindən 4% artaraq 248,1 milyon manat təşkil edib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 167,9 milyon manat, o cümlədən istehlak kreditləri 71,8 milyon manat, sahibkarlığın inkişafına verilən kreditlər 54,6 milyon manat, ipoteka kreditləri 41,5 milyon manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə VTB (Azərbaycan)-ın kredit portfeli 5,1%, o cümlədən biznes kreditləri portfeli 8,7%, ipoteka kreditləri 6,1%, istehlak kreditləri 2% artıb.
Depozit portfeli ilin əvvəlindən 10,6% artaraq 31 mart 2023-cü il tarixinə 104,9 milyon manat təşkil edib. Əhalinin əmanətləri hesabat dövrünün sonuna 63 milyon manat, hüquqi şəxslərin əmanətləri isə 41,9 milyon manat təşkil edib. Qeyd edək ki, ilin əvvəlindən hüquqi şəxslərin əmanətləri təxminən 35% artıb.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalı ilin əvvəlindən 3,8% artaraq 83,3 milyon manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 66,6% üstələyib.
Bankın əməliyyat gəlirləri 8,2 milyon manat, o cümlədən 6,8 milyon manat faiz, 1,4 milyon manat qeyri-faiz gəlirləri olub. Bank hesabat dövrünü 2,9 milyon manat xalis mənfəətlə başa vurub.