VTB (Azərbaycan) 19 apreldən nağd kredit və yenidən maliyyəşdirmə üzrə faiz dərəcələrini 3.01 faiz bəndi aşağı salır. Nağd kredit üzrə minimal illik faiz dərəcəsi 10.99% təşkil edəcək.
VTB (Azərbaycan) nağd pul kreditləri üzrə - FAİZ DƏRƏCƏLƏRİNİ ENDİRDİ
FED.az xəbər verir ki, bankın ölkədə nağd pul kredit portfeli birinci rübdə 2% artaraq 71,4 milyon manat təşkil edib.
VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz.
Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur. Endirimli təklif mayın sonuna kimi keçərlidir.
“Yay tətili mövsümü ərəfəsində nağd pul kreditləri bankın müştəriləri arasında daha çox tələbat qazanır. Bu dövrdə kreditləşmənin əsas məqsədləri istirahət, şəhərətrafı daşınmaz əmlakın tikintisi, təmir xərcləridir. İlin birinci rübündə VTB (Azərbaycan) əhaliyə 13 milyon manatdan artıq 1,4 mindən çox kredit verib və onlara tələbat artmaqda davam edir.
Bu gün məhsul daxilində tariflərimiz bazar çərçivəsindədir, eyni zamanda biz müştərilərin həddindən artıq kredit yüklənməsinin qarşısını almaq üçün onların borc yükünü izləməyə davam edəcəyik”, - deyə VTB (Azərbaycanın) İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeniy Borodin bildirib.
Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.