Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb.
Eləcə də bax: "Moody’s": Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər - VALYUTA EHTİYATLARI MÖVCUDDUR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, bununla da, ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib.