Azərbaycanın mövcud valyuta ehtiyatları ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayətdir.
FED.az xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinin MDB üzrə dərc etdiyi yeni hesabatında məlumat verilir.
Eləcə də bax: Mərkəzi Bank valyuta ehtiyatlarını - AÇIQLADI
Hesabata əsasən, MDB ölkələrinin əksər mərkəzi bankları valyutalarının məzənnəsinin çevikliyini artırır ki, bu məzənnə bazarda olan tələbi və təklifi əks etdirə bilsin. Azərbaycan isə istisnadır.
Bundan əlavə, hesabatda qeyd edilir ki, əmtəə bazarında tələb və qiymətlərin agentliyin proqnozlarından aşağı olsa, bu, Azərbaycanla yanaşı Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrə mənfi təsir edə bilər.
Qeyd edək ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. ABŞ dollarına yaxındır.
Apa