Azərbaycanda bağlanmış daha bir bankın əmlakı satışa çıxarılıb.
“Aqroservis”in 26 maşını ucuz qiymətə hərraca çıxarılır – SİYAHI
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak 20 iyul 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərraca çıxarılacaq.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Belə ki, Daşınmaz əmlak, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında 1,05 ha torpaq sahəsində yerləşən (ü/s 1034,83 kv.m) əmlak kompleksidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 730000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası) Tel: 055-206-66-67