Uoll-Stritdə ən böyük səhv: “Citigroup” bankı “Revlon” kreditorlarına səhvən $1 mlrd. köçürüb.
Eləcə də bax: 1 milyon funt sterlinq qazanan bankir - BUFETDƏN SENDVİÇ OĞURLAYIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Citigroup” investisiya bankı “Revlon” kreditorlarına səhvən demək olar ki, 1 milyard dollar vəsait köçürüb. Bank şirkətdən bu vəsaitin geri qaytarılmasını tələb etsə də, kreditorlar bunu etməyə tələsmirlər.
“Bloomberg” hadisəni “Uoll-Stritin tarixində ən böyük səhvlərdən biri” adlandırır. “Bu, bir milyard dollarlıq kargüzarlıq səhvidir”, – deyə investisiya bankının keçmiş nümayəndəsi Maykl Stenton söyləyir.
Mənbələrdən birinə görə, “Citigroup” məsələ ilə bağlı araşdırma aparmağa başlayıb. “Revlon” isə öz növbəsində, “səbəbsiz” iddiaya etiraz edəcəyini bildirib.
Qeyd edək ki, hazırkı dövrdə “Revlon” artan rəqabət şəraitində satışların azalmasını dayandırmaq uğrunda mübarizə aparır. Üstəlik, koronavirus pandemiyası şirkətə böyük ziyan vurub.