İtaliyanın “Unicredit” bankı “Yapı Kredi”dəki 12 faizlik hissəsini satmaq qərarına gəlib.
FED.az xəbər verir ki, İtaliyanın ən böyük bankı olan “Unicredit”, strateji olmayan aktivlərə sərəncam vermək və kapital istifadəsini yaxşılaşdırmaq üçün strategiyasının bir hissəsi olaraq “Yapı Kredi” bankındakı səhmlərinin 12 %-ni satmaq qərarına gəlib.
Satışa qoyulan 12 %-lik səhmin dəyəri fevral ayının 5-i 460 milyon avro (506 milyon dollar)olub.
Bu satışa 2019-cu ilin noyabr ayında “Unicredit”-in səhm satışının davamı kimi baxılır. “Unicredit” birbaşa “Yapı Kredi” kapitalında 31.9% paya sahib idi.