Azərbaycan bankları 3-cü rübə yekun vuraraq əksər göstəricilərini açıqlayıblar.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tələblərinə uyğun olaraq bankların daha detallı hesabatlar açıqlaması bankların müxtəlif göstəriciləri üzrə müqayisələr aparmağa imkan verir.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
FED.az bu dəfə ölkəmizdə fəaliyyət göstərən iki Türkiyə bankının törəmələri – «Ziraat Bank Azərbaycan» və «Yapı Kredi Bank Azərbaycan»ın əsas göstəricilərini müqayisə edib.
«Yapı Kredi Bank» «Ziraat Bank»dan 2 dəfə böyükdür
Aktivlərin həcminə görə müqayisə zamanı məlum olur ki, bu ilin 9 ayının nəticələrinə görə, «Yapı Kredi Bank» «Ziraat Bank»dan təqribən dəfə böyükdür. «Ziraat Bank Azərbaycan»ın aktivləri 227 milyon 811 min manat olduğu halda “Yapı Kredi Bank”da 2 dəfəyə yaxın (1,81dəfə) çox, 413 milyon 659 min manatdır.
Son bir il ərzində «Ziraat Bank Azərbaycan»nın aktivləri 12 milyon 350 min manat və ya 5,7% artıb. «Yapı Kredi Bank»da isə aktivlər 87 milyon 336 min manat və ya 17,4% azalıb.
Öhdəliklərdə 3 qat fərq
Bankların öhdəliklərinə görə müqayisəsində də «Yapı Kredi Bank» öndədir. «Yapı Kredi Bank»ın öhdəliyi 332 milyon 918 min manat, «Ziraat Bank Azərbaycanda» 108 milyon 804 min manat təşkil edir.
Son bir ildə «Ziraat Bank»ın öhdəlikləri 9 milyon 103 min manat və ya 6,15% artıb. «Yapı Kredi Bank»ın öhdəliyinin həcmində isə 91 milyon 499 min manat və ya 21,55% azalıb.
Eləcə də bax: Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
Hər iki bank kapitalını artırıb
Bankların cəmi kapitalına nəzər salanda «Yapı Kredi Bank» bu göstəricidə “Ziraat Bank Azərbayca”nı üstələyir. Belə ki, birincinin cəmi kapitalı 80 milyon 741 min manat olduğu halda, ikinci də bu göstərici 70 milyon 868 min manat təşkil edir.
Son bir ildə “Yapı Kredi Bank”ın cəmi kapitalı 4 milyon 163 min manat və ya 5,43% artıb. “Ziraat Bank Azərbaycan”da bu göstəricidə 3 milyon 247 min manat və ya 4,80% artım var.
Kredit portfelləri necə dəyişib?
Bankların kredit portfelinə nəzər salsaq görərik ki, “Ziraat Bank Azərbaycan” bu ilin 9 ayının nəticələrinə görə, ümumilikdə 130 milyon 593 min manat kredit verdiyi halda, «Yapı Kredi Bank»da bu göstərici 181 milyon 052 min manat təşkil edib. Bu da «Ziraat»ın kredit portfelindən 50 milyon 459 min manat çoxdur.
Son bir ildə “Yapı Kredi Bank”ın kredit portfeli 8 milyon 712 min manta və ya 5% artıb. “Ziraat Bank Azərbaycan”nın kredit portfeli isə son bir ildə 35 milyon 543 min manat və ya 37% artıb.
Depozit portfelində 4 qat fərq var
Azərbaycanda fəaliyyət göstərən türk bankları arasında «Ziraat Bank Azərbaycan»la müqayisədə «Yapı Kredi Bank»a daha çox etibar edilir. Belə ki, bu ilin 3-cü rübünün sonuna olan göstəriciyə əsasən, “Yapı Kredi Bank”a 300 milyon 232 min manat depozit yatırılıb ki, bu da “Ziraat Bank Azərbaycan”a yatırılan depozitlərdən 3,78 dəfə çoxdur. Sonuncuda cəmi 79 milyon 332 min manat depozit var.
Son bir ildə hər iki bankın depozit portfelində azalma baş verib.
“Yapı Kredi Bank”ın depozit portfeli son bir ildə 97 milyon 995 min manat və ya 24,41% azalıb. “Ziraat Bank Azərbaycan”ın depozit portfeli isə son bir ildə 8 milyon 132 min manat və ya 9,29% azalıb.
Eləcə də bax: Azərbaycanda aktivlərindən ən səmərəli istifadə edən banklar - SİYAHI (01.10.2019)
«Yapı Kredi bank» «Ziraat bank»dan daha çox qazanıb
Növbəti müqayisə iki bankın mənfəət və zərər göstəricisi üzrədir. Bu ilin yanvar-sentyabr dövründə “Yapı Kredi Bank”ın xalis mənfəət 3 milyon 773 min manat olub. “Ziraat Bank Azərbaycan”da isə bu göstərici 3 milyon 008 min manat təşkil edib.
Son bir ildə “Yapı Kredi Bank”ın mənfəəti 1 milyon 068 min manat və ya 39,48% artıb. “Ziraat Bank Azərbaycan”nın isə son bir ildə mənfəət dinamikası 1 milyon 403 min manat və ya 87,50% artıb.
Faiz və qeyri-faiz gəlir/xərcləri
Hesabat dövründə “Ziraat Bank”ın faiz gəlirlərinin cəmi 13 milyon 018 min manat olduğu halda , “Yapı Kredi Bank”ın faiz gəlirləri bu rəqəmdən 1, 91 dəfə çox 24 milyon 953 min manat olub.
Faiz xərclərində isə ən çox xərci “Ziraat Bank” edib. Belə ki, “Yapı Kredi Bank”ın 2 milyon 301 min manat faiz xərci olduğu halda “Ziraat Bankın” xərci 3 milyon 530 min manat təşkil edib.
“Yapı Kredi Bank”ın qeyri-faiz gəliri 10 milyon 786 min manat. “Ziraat Bank”da isə qeyri-faiz gəliri 2 mln 761 manat olub.
Qeyri-faz xərcləri isə ən çox “Yapı Kredi Bank”da olub 21 milyon 611 min manat, “Ziraat Bank Azərbaycan”da bu göstərici 5 milyon 968 min manat təşkil edib.