Bakıdakı İran bankı mənfəətdədir – HESABAT
FED.az xəbər verir ki, ilk yarım ilin nəticələrinə görə, bankın faiz gəlirləri 21,4 milyon manat, xərcləri 10,3 milyon manat, qeyri-faiz gəlirləri 9,2 milyon manat, qeyri-faiz xərcləri 28,3 milyon manat olub. Bankın xalis faiz mənfəəti 11 089 min manat, xalis əməliyyat mənfəəti 8 011 min manat, vergilər ödənildikdən sonra mənfəət 14 639 min manat olub. Ehtiyatlar üzrə ayırmaları da nəzərə alanda bank ilk yarım ili 14,6 milyon manat mənfəətlə başa vurub.