İranın Azərbaycanda fəaliyyət göstərən yeganə bankı – «Bank Melli İran» bu ilin ilk yarısında mənfəətini artırıb. FED.az bankın açıqladığı 2018-ci ilin 2-ci rübünün hesabatına istinadən xəbər verir ki, bu dördə bankın xalis mənfəəti 1 milyon 384 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84,4% artıqdır.
Hesabata görə, bu il bankın faiz gəlirləri 1 milyon 480 min manat, faiz xərcləri 52,2 min manat olub. Bankın inzibati xərcləri 665,4 min manat, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi ilə bağlı xərclər 55 min manat olub. Bu dövrdə Bank Melli İran xarici valyuta əməliyyatlarından 238,5 min manat, aktivlər üzrə valyuta ehtiyatlarının yaradılmasına ayırmalardan 332 min manat əldə edib. Bankın haqq və komissiya gəlirləri 162,3 min manat, xərcləri 58,5 min manat olub.
Son nəticədə Bankın xalis mənfəəti 1 milyon 384 min manat təşkil edib.
Bank Melli İran bu il xarici valyuta əməliyyatlarından gəlirlərini artırmaq, haqq və komissiyaları çoxaltmaq və bir də inzibati xərcləri azaltmaq yolu ilə mənfəətini artıra bilib.
Ümumilikdə 2018-ci ilin 2-ci rübün də 1-ci rübünə nisbətən xalis məfəət də 38,1% artım olub.
Bu il bankın cəmi aktivləri də ötən ilə nisbətən 19% artaraqa 108 milyon 131 manata çatıb. Cəmi kapital isə 62,36 milyon manatdan 2018-ci ilin birinci yarısında 70,22 milyon manata qalxıb.
Bakıdakı İran bankı mənfəətdədir – HESABAT
18:58
11 İyul 2018