Azərbaycanın aparıcı banklarından olan «Unibank Kommersiya Bankı» ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Fərid Abuşovun ilk nəticəsi: «Unibank»ın mənfəəti kəskin artdı, depozit portfeli - 1 MİLYARD MANATI KEÇDİ - HESABAT
FED.az xəbər verir ki, yığıncaq 22 iyun 2023-cü il tarixində, saat 15:00-da Bankın Baş Ofisində, «Zoom» proqramı vasitəsilə məsafədən keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. 2022-ci il üzrə “Unibank” Kommersiya Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının təsdiqi və mənfəətin bölüşdürülməsi barədə;
2. “Unibank” Kommersiya Bankı” ASC-nin investisiya qiymətli kağızların emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı” ASC 2022-ci ili 557 min manati xalis mənfəətlə tamamlayıb.
2023-cü ilin 1-ci rübündə isə bankın xalis mənfəəti 4,3 milyon manat təşkil edib.