Bank

«Unibank»da - YENI TƏYİNAT

«Unibank»da - YENI TƏYİNAT | FED.az
12:03 2 Mart 2021

Unibank KB rəhbərliyinin qərarı ilə Əfqan Baxışov Baş Hüquq və Komplayens inzibatçısı vəzifəsinə təyin olunub.

Eləcə də bax: Əfqan Baxışov “AccessBank”dakı vəzifəsindən - İstefa Verib

FED.az xəbər verir ki, o, bundan əvvəl “AccessBank”ın  Baş Hüquq və Komplayens üzrə İcraçı Direktoru vəzifəsində çalışıb.

Əfqan Baxışov  Bakı Dövlət Universitetində və İngiltərənin Mançester Universitetində hüquq sahəsi üzrə təhsil alıb.

İndiyədək Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Təhsil Nazirliyində müxtəlif sahələrdə idarəedici vəzifələrdə işləyib.

Əfqan Baxışov eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Ə.Baxışov Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Təhsil Nazirliyində müxtəlif sahələrdə idarəedici vəzifələrdə işləyib. 

Əfqan Baxışov eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Banner

Digər xəbərlər