“AccessBank”ın Hüquq və komplayens üzrə İcraçı Direktoru Əfqan Baxışov mart ayının 1-dən Bankla yollarını ayırıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əfqan Baxışov AccessBank-da 2019-cu ilin noyabr ayında bu vəzifəyə təyin edilmişdi.
Eləcə də bax: “AccessBank”a yeni İcraçı direktorlar - Təyin Edilib
Buna qədər isə o, Azərbaycan Prezidenti tərəfindən 2019-cu ilin noyabrda ləğv edilə Maliyyə Bazarlarına Nəzarət Palatasında İdarə Heyətinin üzvü, həmçinin Hüquq və lisenziyalaşdırma departamentinin direktoru kimi çalışırdı.
Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, daha sonra “Konstitusiya Hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. “Chevening” təqaüdçüsü olaraq Mançester Universitetində “Korporativ idarəetmə hüququ” üzrə magist təhsili almışdır. O, Mərkəzi Bankın Hüquq departamentinin direktor müavini, Təhsil Nazirliyi yanında Agentlikdə Hüquq, İnformasiya və İnsan Resursları şöbəsinin rəhbəri, Attestasiya Komissiyasının və Apelyasiya Şurasının Sədri vəzifələrində çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun disertantı və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.