“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların İllik
Ümumi Yığıncağı 28 iyun 2022-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Eləcə də bax: "Unibank" biznes üçün bütün kartları, hətta çatdırılmanı belə - PULSUZ ETDİ
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar auditor tərəfindən
təsdiq edilmiş konsolidə əsasında hazırlanmış 2021-ci il üzrə maliyyə hesabatlarının
təsdiqi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli
kağızlarının emitenti olaraq 2021-ci il üzrə illik hesabatının təsdiqi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.