17 noyabr 2021-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Unibank”ın İdarə Heyətinin - I Müavini Vəzifəsindən Ayrılır
FED.az bankın bildirişinə istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələnin müzakirəsi nəzərdə tutulub:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi barədə.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir. (Marja)