“Unibank KB” ASC-nin İdarə Heyəti üzvlərindən biri vəzifəsindən ayrılır.
Eləcə də bax: “A-Qrup”un maliyyəsinə nəzarət edən - Sədr Dəyişir
FED.az Banker.az-a istinadən xəbər verir ki, vəzifəsindən ayrılan İdarə Heyəti sədrinin birinci müavini İqor Okayevdir.
İ.Okayev 2018-ci ildə “Unibank”ın İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini təyin edilmiş, 2020-ci ilin yanvarından isə İdarə Heyətinin birinci müavini təyin edilmişdi.
Qeyd edək ki, hazırda bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, İdarə Heyətinin üzvləri – Faiq Zeynalov, Fərid Abuşov və Emin Rəsulzadədir.