FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit bazarının aktiv iştirakçısı və böyük filial şəbəkəsinə malik olan banklarından olan “Unibank”ın gəlir mənbələrini təqdim edir.
Əhalinin "Unibank"dakı əmanətləri 34 milyon manatadək artıb
2024-ci ilin ikinci rübünün nəticələrinə görə, “Unibank”ın ümumi gəlirləri 169 milyon 5 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində əla göstərici ilə 4-cü yeri tutur.
Hesabat dövründə (ikinci rüb) “Unibank”ın gəlirlərinin ən böyük hissəsi – 107 milyon 58 min manatı və ya bütün gəlirlərin 63%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 47 milyon 564 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 27%-i deməkdir. Başqa sözlə, bu iki gəlir maddəsi “Unibank”ın gəlirlərinin 89%-ni təşkil edir.
Digər sahələrdən gəlirlər elə də ciddi məbləğlərlə ödçülmür – valyuta əməliyyatlarından gəlirlər 7 milyon 730 min manat və ya ümumi gəlirlərin 5%-i həcmində olub.
Daha 2 milyon 127 min manat və ya ümumi gəlirlərin 1%-ni “Unibank”ın qiymətli kağızlardan yatırımları təmin edib.
“Uni Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 1 milyon 580 min manat əldə edib.
Daha 2 milyon 946 manat isə “Uni Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.
Ümumiyyətlə, “Unibank”ın ümumi gəlirlərində faiz gəlirləri 67%, qeyri-faiz gəlirləri 33% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
107 058 |
63% |
Komissiya haqları |
47 564 |
27% |
Valyuta əməliyyatlarından gəlirlər |
7 730 |
5% |
QK-a investisiyadan gəlir |
2 127 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 546 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
34 |
1% |
Digər faiz gəlirləri |
2 351 |
1% |
Digər qeyri-faiz gəlirləri |
595 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
169 005 |
100% |