Bu ilin II rübündə "Unibank"ın cəmi öhdəlikləri 86 milyon 202 min manat və ya 6% artaraq 1 miliyard 528 milyon 32 min manat olub, depozit portfeli 28 milyon 795 min manat və ya 2% artaraq 1 milyard 244 milyon 687 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfelində fiziki şəxslərin əmanətləri son 6 ay ərzində 33 milyon 953 min manat və ya 4% artaraq 975 milyon 233 min manata düşüb.
Hüquqi şəxslərin depozitləri isə 269 milyon 454 min manata bərabər olub.