Unibank biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir. Bankın İpoteka və Kredit
Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı biznes kreditlərindən faydalanan
sahibkarların sayı artmaqdadır. Bu kreditin üstünlüyü çox sərfəli faizli olması ilə yanaşı,
Unibank tərəfindən biznes sahiblərinə sənədləşmə işində yaxından dəstək olunması və kreditin
operativ şəkildə ayrılmasıdır. Ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.
Mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər,
sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır. Kreditin biznes
sahəsindən asılı olaraq 7 ilədək verilməsi, bu məhsulu biznes sahibləri üçün daha da cəlbedici
edir.
FED.az xəbər verir ki,ipoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılan kreditləri “Unibank”dan əldə etmək
sahibkarlara aşağıdakı üstünlükləri verir:
Eləcə də bax:“Günaybank”ın ən çox hansı sahəyə kredit verdiyi məlum olub
- Kredit müraciətinə bank tərəfindən operativ baxıldığı üçün daha tez müddətdə verilir;
- Fond tərəfindən tələb olunan sənədlərin hazırlanmasında bank əməkdaşları sahibkara yaxından
kömək edir;
- Daha aşağı məbləğli girovlar da bank tərəfindən qiymətləndirilir ki, kredit sahibkara daha
əlçatan olsun;
- Yeni müştərilər də bu kredit üçün banka rahat şəkildə müraciət edib, vəsaiti əldə edə bilərlər.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar
həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül", "Yasamal",
15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də
“Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından
( https://www.unibank.az/az/corporate/index ) əldə etmək olar.
Unibank biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri - TƏKLİF EDİR
11:19
25 İyul 2019