“Günaybank”ın ən çox hansı sahəyə kredit verdiyi məlum olub. FED.az xəbər verir ki, “Günaybank” ASC bu ilin birinci yarısına olan hesabata görə bank ümumilikdə 157 mln 816 min manat məbləğində kredit və lizinq verib. Verilən məbləğin 69.05% və ya 108 mln 973 min manatı tikinti sektoruna verilib. Qeyd edilən məbləğin 88 mln 322 min manatı milli valyutada qalan hissəsi isə xarici valyutada verilib.
Tikinti sahəsindən sonra bank ən çox krediti fiziki şəxslərə istehlak və ipoteka kreditlərinə verib. Bu sahəyə 35 mln 188 min manat kredit ayrılıb.
Bank ən az krediti nəqliyyat sahəsinə verib ki, bu sahəyə ayrılan kreditin məbləği 8 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, “Günaybank”ın 157 mln 816 min manatlıq cəmi kredit qoyuluşunun 10 mln 106 min manatı vaxtı keçmiş kreditlərdir.
“Günaybank”ın ən çox hansı sahəyə kredit verdiyi məlum olub
11:04
25 İyul 2019