Azərbaycanın aparıcı banklarından oldan «Turanbank» 2022-ci ilin 3-cü rübünün nətğicələrini açıqlayıb.
Eləcə də bax: «Turanbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 44 milyon 569 in manat olmaqla 2022-ci ildəki göstəricini 14 milyon manat və ya 48% üstələyib.
Bankın faiz xərcləri isə təqribən 6 milyon manat və ya 30% artaraq 25,6 milyon manat yüksəlib.
Nəticədə bankın xalism faiz gəliri 16 milyon 566 min manat olub (ötən ildən 60% artıq).
2022-ci ilin 3 rübü ərzində «Turan bank»ın qeyri-faiz gəlirləri 2,5 dəfə artaraq 4,3 milyon manatdan 10,2 milyon manata yüksəlib.
Qeyri-faiz gəlirinin belə kəskin artımı valyuta əməliyyatlarından daxil olmaların kəskin yüksəlməsi ilə bağlıdır. Belə ki, ötən il bank xarici valyuta əməliyyatlarından 1,3 milyon manat gəlir əldə etdiyi halda bu il həmin göstərici 4,5 dəfə artaqaq 5,7 milyon manata yüksəlib. Haqq və komissiya gəlirlərindən əldə edilən vəsait isə 45% artaraq 4,4 milyon manata yüksəlib.
Bu dövrdə bankın qeyri-faiz xərcləri 7,5 milyon manat və ya 55% artaraq 21,3 milyon manata yüksəlib.
Nəticədə bank hesabat dövrünü 5,5 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb.
Xatırladaq ki, ötən il bu göstərici cəmi 1 milyon manat olmuşdu.
Bu vəsaitin 3,3 milyon manatı mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına ayrılıb. Nəticədə bank 3-cü rüğbü 2 milyon 145 min manat xalis mənfəətlə tamamlayıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artıqdır. Xatırladaq ki, «Turanbank» ötən ilin 3-cü rübünü 404 min manat xalis mənfətlə bağlamışdı.