FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - «Turanbank»ın gəlir mənbələrini təqdim edir.
«AccessBank» QSC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Turanbank»ın ümumi gəlirləri 33 milyon 770 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sesmində 12-ci yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 26,2 milyon manatı və ya bütün gəlirlərin 78%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 2,7 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 8%-i deməkdir.
«Turanbank»ın valyuta əməliyyatlarından gəlirləri də 2,7 milyon manat olub.
Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 1,6 milyon manat əldə edib, bu ümumi gəlirlərin təqribən 5%-ni təşkli edir.
Əlavə 327 min manat və ya ümumi gəlirlərin 1%-ni isə «Turanbank»a başqa banklardakı depozitlər gətirib.
Ümumiyyətlə, «Turanbank»ın ümumi gəlirlərində faiz gəlirləri 84%, qeyri-faiz gəlirləri 16% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
26 227 |
78% |
QK-a investisiyadan gəlir |
1 640 |
5% |
Digər banklara depozitlərdən gəlirlər |
337 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
12 |
- |
Komissiya haqları |
2 756 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 718 |
8% |
Digər faiz gəlirləri |
49 |
- |
Digər qeyri-faiz gəlirləri |
43 |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
33 770 |
100% |