Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 5 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin etmişdir.
Eləcə də bax: «TuranBank» həlak olmuş hərbçinin - KREDİT BORCUNU SİLDİ
FED.az xəbər verir ki, belə ki, Gəncə şəhərindən Ceyhun Həsənov, Xaçmaz rayonundan Zaur Paşayev, Ağcabədi rayonundan Şahin Rüstəmov, Bərdə rayonundan Elşən Məmmədov və Goranboy rayonundan Sənan Nuriyev özünüməşğulluq proqramına müraciətləri əsasında avtoyuma üçün peşəkar avadanlıqlarla təmin olunmuşdur.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
TuranBank
Bizimlə etibarlıdır....