«TuranBank» ASC Tovuz istiqamətində şəhid olmuş hərbi qulluqçunun kredit borcunu silib.
Eləcə də bax: "TuranBank"ın gücləndirilməsi üçün - MÜQAVİLƏ İMZALANIB
Bu barədə FED.az-a bankdan bildirilib.
«Tovuz istiqamətində Ermənistan Respublikasının silahlı birləşmələrinin hərbi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçumuzun «TuranBank» ASC-yə olan 1090 manat kredit borcu tam olaraq Bank tərəfindən silinmişdir. «TuranBank» ASC şəhid hərbçimizə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyir»-deyə bankın açıqlamasında bildirilir.