FED.az Azərbaycanın bank sektorunun aparıcı oyunçularından biri, kredit bazarının aktiv iştirakçısı, mikro və kiçik biznesin kreditləşməsi üzrə lider bank olan - «AccessBank» QSC-nin gəlir mənbələrini təqdim edir.
«Expressbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «AccessBank»ın ümumi gəlirləri 68 milyon 672 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sesmində 6-cı yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 63 milyon manatı və ya bütün gəlirlərin 92%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 6,8 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 10%-i deməkdir.
«AccessBank» ölkə bankları arasında yeganə bankdır ki, valyuta əməliyyatlarından gəlir götürməyib – əksinə 2,3 milyon manat zərər edib.
Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 900 min manat və ya ümumi gəlirlərin 1%-i qədər gəlir əldə edib.
Ümumiyyətlə, «AccessBank» ölkə bankları arasında ümumi gəlirlərində faiz gəlirlərinin ən yüksək olduğu bankdır - ümumi gəlirlərində faiz gəlirləri 93%, qeyri-faiz gəlirləri 7% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 62 997 | 92% | 
| QK-a investisiyadan gəlir | 904 | 1% | 
| Digər banklara depozitlərdən gəlirlər | 113 | - | 
| Digər banklara kreditlərdən gəlirlər | 41 | - | 
| Komissiya haqları | 6 821 | 10% | 
| Valyuta əməliyyatlarından gəlirlər | -2 349 | - | 
| Digər faiz gəlirləri | 105 | - | 
| Digər qeyri-faiz gəlirləri | - | - | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 68 672 | 100% | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








