“Turan Bank” ASC-nin departament direktoruna müavin təyin edilib.
Eləcə də bax: “Bank Respublika”da - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, fevral ayından etibarən Anjela Ramazanova bankın Xəzinədarlıq departamentinin direktor müavini təyin edilib.
O, bundan öncə “Rabitəbank” ASC-nin eyni adda olan departamentində direktor müavini idi.
A.Ramazanova 2014-cü ilin fevralında “Rabitəbank”a təyinat almış, 2015-2020-ci illərdə şöbə müdri, son bir ili isə departament direktorunun müavini kimi çalışmışdır.
O, həmçinin 2017-ci ilin noyabrında yaratdığı “Women Bankers Club”nun təsisçisidir.