“Turan Bank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“TuranBank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ – MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 28 milyon 52 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 667 min manat (20%) çoxdur.
Müştərilərə verilmiş kreditlər son bir il ərzində 4 milyon 959 min manat və ya 23,2% artaraq 26 milyon 352 min manata çatıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 837 min manat (100 min manat / 10,7% az), ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 311 min manat (223 min manat / 41,8% az) olub.
Bankın faiz xərcləri 4 milyon 134 min manat (35,1%) artaraq 15 milyon 917 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 9 milyon 839 min manat (1 milyon 55 min manat və ya 12% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 408 min manat (212 min manat / 34,2% az), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 5 milyon 182 min manat (3 milyon 368 min manat / 2,9 dəfə çox) olub.
Alınan haqq və kommisiya gəliri son bir ildə 158 min manat (7,2%) artaraq 2 milyon 366 min manata yüksəlib.
Xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 4 milyon 66 min manat (1 milyon 275 min manat / 45,7% çox) olub.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 863 min manat (15,8%) artaraq 15,8 milyon manat tutub. Ümumi və inzibati xərcləri 2 milyon 701 min manat (419 min manat / 18,4% çox), amortizasiya xərcləri 780 min manat (84 min manat / 12,1% çox) olub.
Bankın xalis mənfəəti 2 milyon 879 min manat olub ki, bu da, illik müqayisədə 1 milyon 663 min manat və ya 2,4 dəfə çoxdur. Bu dövrdə bank mənfəət vergisi ödəməyib.
2026-cı ilin birinci rübünün sonuna bankın aktivləri 901 milyon 279 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 5 milyon 897 min manat (0,7%) azdır.
Müştərilərə verilən kreditlər son üç ayda 3 milyon 781 min manat (0,5%) artaraq 709 milyon 834 min manata yüksəlib.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər 2 milyon 159 min manat (4 min manat çox), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 78 milyon 361 min manat (18 milyon 617 min manat / 31,2% çox) olub.
Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 793 milyon 899 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 8 milyon 470 min manat və ya 1,1% azdır.
Bankdakı depozitlərin həcmi 21 milyon 741 min manat (4,6%) azalaraq 446 milyon 791 min manata düşüb.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 151 milyon 603 min manat (1 milyon 331 min manat / 0,9% az), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 155 milyon 174 min manat (13 milyon 22 min manat / 9,2% çox) olub.
Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalı 107 milyon 308 min manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 2 milyon 574 min manat (2,5%) artım deməkdir.
Səhmdar kapitalı dəyişilməyərək 100 milyon 6 min manat təşkil edib.
Ümumi ehtiyatların həcmi isə 306 min manat (2,7%) azalaraq 11 milyon 207 min manata düşüb.







![“Turan Bank” xalis mənfəətini –[red] 2 DƏFƏDƏN ÇOX ARTIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/2806917.jpeg)
![“Turan Bank” xalis mənfəətini –[red] 2 DƏFƏDƏN ÇOX ARTIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/2400179.jpeg)
![“Turan Bank” xalis mənfəətini –[red] 2 DƏFƏDƏN ÇOX ARTIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/2145997.png)









