Azərbaycanın aparıcı banklarından olan “TuranBank”ın 2025-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 14,4% artaraq 126 milyon 658 min manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı “TuranBank”ın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-ci ildə “Turan Bank”ın gəlir strukturuna baxdıqda diqqətçəkən məqam odur ki, gəlirlərin əsas hissəsini kredit portfeli üzrə faiz gəlirləri təşkil edib – bu istiqamətdən bank 94 milyon 876 min manat, yəni ümumi gəlirin 75%-ni qazanıb və bir ildə gəlirlərini 17% artırıb.
Valyuta əməliyyatlarından əldə olunan gəlirlər də diqqətçəkən dərəcədə yüksək olub. Bu istiqamət ümumi gəlirlərin 10%-ni təşkil edərək bankın hesabına 12 milyon 98 min manat qazanc gətirib. Son bir ildə bu sahədən gəlirlər 6% artıb.
Eyni zamanda, komissiya haqları da mühüm gəlir mənbələrindən biri kimi önə çıxıb. Müştərilərə göstərilən xidmətlərdən bankın əldə etdiyi 11 milyon 729 min manat, ümumi gəlirlərin 9%-nə bərabər olub. Komissiya gəlirləri bir ildə 22% çox olub.
Daha 3 milyon 965 min manat digər banklara yerləşdirilən depozitlərdən əldə edilən gəlirlər olub və bu, ümumi gəlirlərin 3%-lik hissəsini əhatə edib. Bu gəlirlərdə isə 12,4%-lik azalma müşahidə olunub.
Bundan başqa, qiymətli kağızlara investisiyalardan gəlir 1 milyon 857 min manat təşkil edib ki, bu da ümumi gəlirlərin təxminən 1%-i qədərdir. Bu sahədən gəlirlər də 28,7% azalıb.
Digər banklara kreditlərdən qazanılan gəlir 304 min manat, digər faiz gəlirləri 1 milyon 640 min manat, digər qeyri-faiz gəlirləri isə 189 min manat təşkil edib - hər biri ümumi gəlirlərin təxminən 1%-ə qədər hissəsini təşkil edir. Digər banklara kreditlərdən gəlirlər 96,2% artıb, digər faiz gəlirləri 60% artıb, digər qeyri-faiz gəlirləri isə 8,2% azalıb.
2024-2025-ci illər ərzində “Turan Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
81 086 |
73% |
94 876 |
75% |
17,00% |
|
QK-a investisiyadan gəlir |
2 605 |
2% |
1 857 |
1% |
-28,70% |
|
Digər banklara kreditlərdən gəlirlər |
155 |
0% |
304 |
0% |
96,20% |
|
Digər banklara depozitlərdən gəlirlər |
4 525 |
4% |
3 965 |
3% |
-12,40% |
|
Komissiya haqları |
9 615 |
9% |
11 729 |
9% |
22,00% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
11 472 |
11% |
12 098 |
10% |
6% |
|
Digər faiz gəlirləri |
1 025 |
1% |
1 640 |
1% |
60,00% |
|
Digər qeyri-faiz gəlirləri |
206 |
0% |
189 |
0% |
-8,20% |
|
|
|||||
|
Cəmi gəlirlər |
110 689 |
100% |
126 658 |
100% |
14,40% |














