«Turan Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - “Turanbank”ın gəlir mənbələrini təqdim edir.
"TuranBank"ın gəlirləri kəskin artıb - BANK BÖYÜYÜB - HESABAT
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə, “Turan Bank”nın ümumi gəlirləri 67 milyon 627 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 12-ci yerdədir. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi 52 milyon 533 min manatı və ya bütün gəlirlərin 77%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 4 milyon 326 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 6%-i deməkdir. “Turanbank”ın valyuta əməliyyatlarından gəlirləri də 3 milyon 882 min manat olub , bütün gəlirlərinin 5%-i həcmində . Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 2 milyon 165 manat əldə edib, bu ümumi gəlirlərin 3%-ni təşkli edir. Əlavə 4 milyon 389 min manat və ya ümumi gəlirlərin 6%-ni isə “Turanbank”a başqa banklardakı depozitlər gətirib. Başqa banklardan kredit gəliri isə ümumi gəlirin 1%-i həcmində - 14 min manat olmuşdur .Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 318 min manat əldə etmişdir .
Ümumiyyətlə, “Turanbank”ın ümumi gəlirlərində faiz gəlirləri 88%, qeyri-faiz gəlirləri 12% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
52 533 |
77% |
QK-a investisiyadan gəlir |
2 165 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
4 389 |
6% |
Digər banklara kreditlərdən gəlirlər |
14 |
1% |
Komissiya haqları |
4 326 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 882 |
5% |
Digər faiz gəlirləri |
281 |
1% |
Digər qeyri-faiz gəlirləri |
37 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
67 627 |
100% |