“Yelo Bank”ın əsas səhmdarı olan “Topaz Investment”MMC 2020-ci ildə bankın kapitalındakı payını 96,02%-dək artırıb.
Eləcə də bax: "Konsolidasiyadan imtina etdik: "Yelo Bank"ın İdarə Heyətinin sədri ilə - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bankın illik hesabatına əsasən, 2019-cu ilin yekunları üzrə “Topaz Investment”in “Yelo Bank”ın kapitalındakı payı 95,68% təşkil edib.
“Topaz Investment” Marina Kulişova və “ISR Holding” MMC-nin paylarının azalması fonunda öz payını artırıb. Belə ki, ötən il ərzində Kulişovanın payı 4,22%-dən 3,89%-dək, “ISR Holding”in payı – 0,1%-dən 0,09%-dək azalıb.
2020-ci ilin yekunları üzrə “Yelo Bank”ın nizamnamə kapitalı 8,6% - 378 milyon manatadək artıb.
“Yelo Bank” 1994-cü ildən etibarən Azərbaycanda fəaliyət göstərir.