Bu ilin dekabrın 1-nə tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 551,2 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,9 milyon manat və ya 4,9% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-də tikinti şirkətlərinə 1 milyard 479,3 milyon manat kredit ayrılmışdı.
Artım ilin əvvəlindən və son ayla müqayisədə daha sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 369 mln. manat) nəzərən portfel 182,2 milyon manat (13,3%) böyüyüb. Son bir ayda (noyabra nəzərən) isə 39,6 milyon manatlıq (2,6%) artım qeydə alınıb.
Xatırladaq ki, tikinti sektoruna verilən kreditlər bu ilin noyabrın 1-nə 1 milyard 511,6 milyon manat, ötən ilin sonunda 1 milyard 369 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 479,3 milyon manat təşkil edirdi.












