Azərbaycanda nəqliyyat sektorunun kreditləşdirilməsində kəskin artım müşahidə olunur. Bu ilin dekabrın 1-nə bu sahəyə yönələn kreditlərin həcmi 1 milyard 890,5 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 409,6 milyon manat və ya 27,6% artım deməkdir ki, bu da bütün sahələr arasında ən yüksək illik artım templərindən biridir.
Belə ki, ötən ilin dekabrın 1-də nəqliyyat sektoruna 1 milyard 480,9 milyon manat kredit ayrılmışdı.
Artım bütün dövrlər üzrə davamlı və sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 461,1 mln. manat) nəzərən portfel 429,4 milyon manat (29,4%) böyüyüb. Son bir ayda isə (noyabra nəzərən) 96,9 milyon manatlıq (5,4%) kəskin artım qeydə alınıb.
Xatırladaq ki, nəqliyyat sektoruna verilən kreditlər bu ilin noyabrın 1-nə 1 milyard 793,6 milyon manat, ötən ilin sonunda 1 milyard 461,1 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 480,9 milyon manat idi.












