2019-cu ilin iyul ayı ilə müqayisədə avqust ayında ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 8,9 milyon manat artsa da, 2018-ci ilin sonundakı səviyyə ilə müqayisədə azdır.
FED.az məlumat verir ki, Mərkəzi Bankın statistikasına istinadən xəbər verilir ki, 31 Avqust 2019-cu il tarixində ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 2 milyard 298 milyon 600 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 80 milyon 900 min manat azdır. 2018-ci ilin sonunda ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 2 milyard 379 milyon 500 min manat təşkil etmişdi.
Eləcə də bax: Ticarət və Xidmət sektoruna verilən – KREDİTLƏR ARTIB
2019-cu ildə ticarət və xidmət sektoruna verilən kreditlərdə sabit artım tempi formalaşmayıb. Aydan aya artım və azalmalar bir-birini əvəz edib.
Marja