Ticarət və Xidmət sektoruna verilən kreditlərin məbləği artıb.
FED.az Mərkəzi Banka(AMB) istinadən xəbər verir ki, sentyabr ayının 1-nə olan məlumata görə, banklar tərəfindən ticarət və xidmət sektoruna 2298,6 mln manat kredit verilib. Bu ötən ayla müqayisədə 8,90 mln manat və ya 3,8% çoxdur.
Eləcə də bax: Baş bankir saxta nağd pullarla bağlı - AÇIQLAMA VERİB
Qeyd edək ki, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin həmin dövründə adı qeyd edilən sektora 251,10 mln manat və ya 12,26% daha çox kredit ayrılıb.