Avqustun 3-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
“Dəmirbank”ın əmlakları - HƏRRACA ÇIXARILACAQ
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak Quba rayonu, Xuçbala kəndində yerləşən 1.50 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 9 min manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.