Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmsal valyuta buraxmaq planı yoxdur.
Rəqəmsal valyuta ilə bağlı Mərkəzi Bankdan - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir. Buna görə də bu sahəni mütəmadi izləyirik. AMB digər ölkələrin mərkəzi banklarının bu sahədə nələr etdiyini, nələrə nail olduğunu araşdırır. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi nöqteyi-nəzərindən suallar yaradır. Hazırda bu sahədə hansısa mərkəzi bankın uğurlu məhsulu yoxdur. Hər hansı bir məhsul üzərində işləmir.