“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın aparıcı banklarından olan “PAŞA Bank”ın kredit reytinqini açıqlayıb.
“Standard and Poor's” Azərbaycanın 3 bankının - KREDİT REYTİNQİNİ TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, qiymətləndirməyə əsasən “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqi "B+", qısamüddətli reytinqi isə “b+” səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.
“PAŞA Bank”ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.
Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.