“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – “Kapital Bank”, “PAŞA Bank” və “Muğanbank”ın kredit reytinqini təsdiqləyib.
"Standard and Poor's" Azərbaycan banklarının kredit reytinqini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings”in məlumatında bildirilib. "S&P" “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini "BB-", “PAŞA Bank”ın "B+", “Muğanbank"ın isə "B-" səviyyəsində təsdiqləyib. "Standard and Poor's" hər üç bankın baza səviyyədə reytinqini "b+" olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.
Qeyd edək ki, "S&P" Mərkəzi Asiya və Qafqaz banklarının median reytinqi isə “B+” səviyyəsində qiymətləndirdiyini açıqlayıb. "Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir"- "Standard and Poor's" əlavə edib. (Apa)