Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib.
Bankdan FED.az-a verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
“Kapital Bank”a aidiyyəti olan şəxslərin sayı - 2 DƏFƏDƏN ÇOX ARTIB
Agentliyin fikrincə, Kapital Bank növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neft qiymətinin düşməsi səbəbidnəd dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin, Kapital Bank-ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.
"Kapital Bank"dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası - 0% OLDU
Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün Kapital Bank-ın kredit və depozit portfelində 10% -15% səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5%-10% yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə Bank diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.