Bu il yanvarın 1-nə “Kapital Bank” ASC-də aidiyyəti olan 1 848 fiziki və hüquqi şəxs olub.
Eləcə də bax: “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” “Kapital Bank”dan - PAY ALIB
FED.az bu barədə Bankın idarəetmə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,4 dəfə çoxdur.
2019-cu ildə “Kapital Bank”a aidiyyəti olan fiziki şəxslərin sayı 2,5 dəfə artaraq 1 786-ya, hüquqi şəxslərin sayı isə 37,8% artaraq 62-yə çatıb.
Banka aidiyyəti olan şəxslər dedikdə kredit təşkilatının inzibatçıları və onların yaxın qohumları, struktur bölmələrinin rəhbərləri və onların yaxın qohumları və s. şəxslər nəzərdə tutulur. (Renkinq)