"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz banklarının kredit reytinqini açıqlayıb.
“Moody’s” Azərbaycanın kredit reytinqini - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu barədə reytinq agentliyindən bildirilib. "Standard and Poor's" qeyd edib ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan banklarının reytinqləri üzrə proqnoz əsasən stabil olaraq qalır. Bölgədəki bankların median reytinqi qlobal kontekstdə kifayət qədər aşağı olaraq “B+” səviyyəsində qalıb.
"Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir"- "Standard and Poor's" əlavə edib. (Apa)