“Standard&Poor's” (S&P) Beynəlxalq Reytinq Agentliyi “Paşa Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” həddində təsdiq edib.
FED.az agentliyə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “neqativ”dir.
Məlumatda bankın 2018-ci il ərzində Azərbaycan, Türkiyə və Gürcüstanda bazar payı və biznes həcmini artırmaq məqsədilə yüksək kreditləşmə templərini saxladığı bildirilir.
Eləcə də bax: "Azersun Holding"in bankının vəziyyəti məlum olub - HESABAT
Agentlik hesab edir ki, Azərbaycanda bazar mövqeyinin möhkəmlənməsi, digər maliyyə təşkilatlarına nisbətən coğrafi diversifikasiyanın daha yüksək göstəriciləri, həmçinin səhmdarların banka dəstək verməyə hazır olmaları “Pasha Bank”ın biznesinin stabilliyinə təsir edir, həmçinin kapitallaşma göstəricilərinə olan təzyiqi neytrallaşdırır.
"S&P" yaxın 12-18 ay ərzində bankın biznesinin yüksək artım templərinin və hələ də Türkiyədə fəaliyyət göstərmənin yüksək iqtisadi risklərinin bankın biznesinin stabillik göstəricilərinə və aktivlərin keyfiyyətinə göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq reytinq proqnozunu “neqativ” saxladığını qeyd edir.